Suyun kimyəvi emalı üçün reagentlər sənaye su sistemlərində ərp əmələ gəlməsinin, korroziyanın, çöküntü yığılmasının və mikrobioloji inkişafın nəzarət altında saxlanılması məqsədilə istifadə olunan xüsusi kimyəvi formulalardır. Bu məhsullar suyun keyfiyyətinin qorunmasına, sistemlərin iş səmərəliliyinin artırılmasına və avadanlıqların etibarlı istismarına töhfə verir.
DELTAQUA mühəndislik biliklərini kimya sahəsindəki ixtisaslaşmış təcrübə ilə birləşdirərək müxtəlif sənaye sahələrinin ehtiyaclarına uyğun suyun kimyəvi emalı həlləri təqdim edir. Buxar qazanları, soyutma suyu və qapalı dövrəli sistemlər üçün hazırlanmış məhsul çeşidimiz istilik ötürülməsinin səmərəliliyinin qorunmasına, avadanlıqların istismar müddətinin uzadılmasına və istismar xərclərinin optimallaşdırılmasına kömək edir.



MƏHSUL QRUPLARIMIZ



Avadanlıqların Qorunması
Korroziya, ərp və çöküntü əmələ gəlməsini nəzarət altında saxlamaqla avadanlıqların istismar müddətinin uzadılmasına kömək edir.
Enerji Səmərəliliyi
İstilik ötürmə səthlərində çöküntülərin əmələ gəlməsini məhdudlaşdıraraq istilik səmərəliliyinin qorunmasına və enerji sərfiyyatının optimallaşdırılmasına kömək edir.
Fasiləsiz Fəaliyyət
Su ilə əlaqəli sistem nasazlıqlarını və planlaşdırılmamış texniki xidmət ehtiyaclarını azaldaraq istismar etibarlılığının artırılmasına töhfə verir.
Suya Qənaət
Suyun keyfiyyətinin və kimyəvi göstəricilərinin düzgün idarə olunması sayəsində sistemdən suyun boşaldılması (blöf) və təzə su ilə qidalanma ehtiyaclarının optimallaşdırılmasına kömək edir.

Hər Sistemin Ehtiyacları Fərqlidir. Həlli də Buna Uyğun Olmalıdır.
Su emalında düzgün kimyəvi proqramın seçilməsi suyun kimyəvi xüsusiyyətlərinin, sistemin layihələndirilməsinin, istismar şəraitinin və performans hədəflərinin kompleks şəkildə qiymətləndirilməsini tələb edir.
DELTAQUA mühəndislik əsaslı yanaşması ilə hər bir sistemin ehtiyaclarını təhlil edərək ərp, korroziya və mikrobioloji inkişafın nəzarətdə saxlanılması üçün konkret tətbiqə uyğunlaşdırılmış kimyəvi emal proqramları təqdim edir.
Bu yanaşmamızı yalnız məhsul təchizatı ilə məhdudlaşdırmır, suyun və sistemin təhlili, kimyəvi reagentlərin dozalanmasının optimallaşdırılması, tətbiq üzrə texniki dəstək və performansın monitorinqi ilə tamamlayırıq. Beləliklə, kimyəvi emal proqramlarının effektivliyini dəstəkləməklə yanaşı, müəssisələrin istismar etibarlılığının və sistemlərin uzunmüddətli səmərəliliyinin artırılmasına töhfə veririk.

Su və Sistem Analizi
Su parametrlərinin və istismar şəraitinin qiymətləndirilməsi.
Kimyəvi Proqramın Seçilməsi
Sistemin ehtiyaclarına uyğun məhsulların və tətbiq şərtlərinin müəyyən edilməsi.
Dozalanmanın Optimallaşdırılması
Kimyəvi reagentlərin sərfiyyatının və dozalanma parametrlərinin optimallaşdırılması.
Performansın Monitorinqi
Suyun keyfiyyətinin və sistemin iş göstəricilərinin müntəzəm olaraq qiymətləndirilməsi.




Sisteminiz Üçün Ən Uyğun Həlli Birlikdə Müəyyən Edək.
Su emalı ehtiyaclarınız və texniki tələblərinizlə bağlı mütəxəssis komandamızla əlaqə saxlayın. Sisteminizin istismar şəraitinə uyğun kimyəvi həlləri birlikdə qiymətləndirək.